"Ay camaat, qol o qol deyil!"

"Ay camaat, qol o qol deyil!"
05.02.2026 21:01 Gündəm

Burda qalmışdım...

HAQQ-HESAB

Təsəvvür edin, bizə verilən dəyər aldığımız məvaciblə ölçülür. Məsələn, biri haqqında danışanda deyirik: o üç yüz manatlıq adam; o iki yüz manatlıq adam; min manatlıq adam və s. 

Bir də belə təsəvvür edin, bizə verilən dəyərin meyarını əməyimiz müəyyən edir. Məsələn, filankəs bu işdə "əjdaha"dır, filankəsə bu işdə tay yoxdur, filankəs bu işdə master-klass göstərir. 

İndi bir də bunları birlikdə təsəvvür edin. İşində master-klass göstərən, əjdaha, tayı-bərabəri olmayan adamlar üç yüz, dörd yüz, beş yüz manatla dəyərləndirilir. 

Daha doğrusu onlara layiq görülən budur.

BƏS BUNUN SƏBƏBİ NƏDİR?

Şikayət-şikayət üstünə. Danışdırsan, danışacaqlar. Elə bütün sahələrdə peşəkarlar küsdürülüb. Bu tendensiya davam edir.

Peşəkarlar ona görə küsürlər ki, onların öz prinsipləri olur. Onlara nəyisə diktə edə bilmirsən. Düzə-düz, əyriyə-əyri. Ona görə onlarla çalışmaq elə çoxlarına sərf eləmir bəlkə də. 

Bununla da razıyam ki, peşəkarların içində qəribə bir kibir olur. Bu kibir onları özlərindən bilikli birini gördükdə "dəli" edir. Yerlərində qərar tuta bilmirlər.

BÜTÜN BUNLARI HAQQ-HESABLA NƏ BAĞLAYIR?

Deməli vəziyyət belədir: əksər hallarda prinsipləri olan peşəkarlar öz prinsiplərini də qoltuğuna vurub, az məvaciblə ömürlərini başa vurmağa qərar verirlər.  

Hə bax onda haqq-hesab dəyişir. Əmək bazarında onların yerinə "yarıbişmiş" adamlar gəlir. Bazar da ölür, əməyə verilən dəyər də. 

Nəticədə bu sahədə hərcməclik hökm sürür. Xaos baş qaldırır.

Ardı var....

Günəş Mərd

NEWS FEED
01 JUNE 2026
NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 All News