Elşad Mirini efirə qoymadılar — Televiziyalara savaş açdı

Elşad Mirini efirə qoymadılar — Televiziyalara savaş açdı
29.05.2026 18:33 Gündəm

İlahiyyatçı alim Elşad Miri bəzi televiziya kanallarında ona qadağa tətbiq olunduğunu iddia edərək, bunun məzhəb amili ilə əlaqəli olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Elşad Miri bu barədə özünün “Facebook” hesabında paylaşım edib.


İlahiyyatçı İctimai Televiziyanın Baş direktoru Balakişi Qasımovun yenidən bu vəzifəyə seçilməsi xəbərindən sonra yazdığı statusa diqqət çəkib.

“İctimai TV-dəki şəxsimə olan qadağa yenə qüvvəsində qalacaq. Məzhəbçilik çox pisdir, çox”, – deyə o qeyd edib.

Elşad Miri bildirib ki, onun üçün əsas məsələ efirə çıxarılıb-çıxarılmaması deyil, bəzi media rəhbərlərinin məsələlərə məzhəb prizmasından yanaşmasıdır.

“Burada unudulan nüans hansısa kanala dəvət edilib-edilməməyim deyil. Məzhəbçiliyin təhlükəli olduğunu göstərməkdir”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, İctimai TV-də çalışan bəzi şəxslər çıxışlarının kanal rəhbərliyinin məzhəbi baxışlarına uyğun gəlmədiyi üçün onu verilişlərə dəvət edə bilmədiklərini bildiriblər.

Elşad Miri paylaşımında millət vəkili Fazil Mustafa ilə bağlı da iddia səsləndirib.

“İctimai TV-nin qapıları illərdir Fazil bəyin üzünə də qapalıdır”, – deyə o yazıb.

İlahiyyatçı daha sonra bəzi digər televiziya kanallarında da oxşar münasibətlə üzləşdiyini iddia edib. O, Mirşahin Ağayev, Murad Dadaşov və digər media rəhbərlərinin adlarını çəkərək bu barədə fikirlərini bölüşüb.

Elşad Miri sosial şəbəkələrdə və internet platformalarında geniş auditoriyaya malik olduğunu bildirərək, televiziya efirlərinə çıxmaq niyyətində olmadığını qeyd edib.

“Allaha şükürlər olsun, internet resurslarında 100 minlərlə abunəsi olan müxtəlif kanallarım var və hansısa kanala çıxmaq arzusunda da deyiləm”, – deyə o əlavə edib.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 All News