"Ay cammat, artıq söz yox, əməl vaxtıdır"

Cəmiyyət

04.02.2026 23:45

“Elm adamlarının qiymətini bilməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər”.  

                                              (Volter)

Harada qalmışdım…

BƏS TƏHLÜKƏ NƏ ZAMAN SOVUŞACAQ?

Qeyd etdim axı, sosial şəbəkə fenomenlərinin də uğur (daha doğrusu, pul qazanmaq) hekayələri eynilə bu çağırış kimi bu gün gənclərin qulağını qanadır.

Tibbi cəhətdən qulaq qanayandan sonra onun eşitməsi zəifləyir. İndi bizdə də yaxın gələcəkdə təxminən bu proses baş verəcək.

Ziyalı qisim nə qədər çalışsa da, gəncləri bu fenomen kirliliyindən, onlara aşılanan bəsit “gör-götür” dünyasından ayırsın, onlar eşidilməyəcək. Ta ki qulaqlar sağalana qədər…

SAĞALMAQ ÜÇÜN NƏ LAZIMDIR?

Sağalmaq üçün ritorikanı dəyişmək lazımdır.

Görürsünüz ki, qulaqlar yaxşı işləmir, demək, artıq söz yox, əməl vaxtıdır. Ölkədə elmə, sağlam düşüncəyə dəyər verildiyini görən heç bir gənc yüngül sosial media fenomenini özünə kumir seçməz axı.


Bir neçə gün öncə tanınmış jurnalist, publisist Mehman Cavadoğlunun APA-ya müsahibəsi yayımlanmışdı. Müsahibəni bir çox sayt, jurnalist bəh-bəhlə yayımladı. 70 yaşı tamam olan jurnalist yenidən gündəmə gəldi. Hətta onu tanımayan bir nəsil də onun haqqında məlumatlandı, qələminə bələd oldu.

Dünən isə Qanun Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu Mehman Cavadoğluna baş çəkmişdi. Görüşdən sonra qeyd etmişdi ki, ömrünün 50 ili mətbuatda keçən adam podaqradan əziyyət çəkir, xəstəliyinin ən ağır dövrünü yaşayır və aylıq 300 manatlıq təqaüd alır…

HAQQ-HESAB

50 il = 300 AZN?

Ardı var…

Günəş Mərd

tag: Elm, Pul, Ölkə, Təhlükə, Sosial Şəbəkə, todaypress.tv,