“Ay camaat, iş dünyasında sizə yer yoxdur!”

“Ay camaat, iş dünyasında sizə yer yoxdur!”
12.02.2026 21:50 Gündəm

Beşikdən qəbrə qədər… 

Yazmışdım ki, peşəkarların yaxasını kənara çəkməsinə görə, əmək bazarında xaos hökm sürür.

Bəs çağdaş dövrümüzdə peşəkar olmaq yetərlidirmi?  

Peşəkarlıq bizə verir, yoxsa bizdən alır?     

İZAH

Peşəkarlıq sənə hörmət qazandırır. Sənə ehtiyac, ehtimad duyulur. 

Bəli. Peşəkarlıq səni zirvəyə qaldırır. Amma...

ZİRVƏDƏ QALA BİLMİRSƏN

Çünki tələbə uduzursan. Tələblərə cavab vermirsən. Ay adam, sən tələbata uduzursan. 

Sən oturub çayı keçməyin yolunu düşünərkən, çayın o biri üzündən rəqibin sənə əl sallayıb gülümsəyir. 


O aparır oyunu, o qazanır. Sənə isə qalibi təbrik edib əlini sıxmaq qalır. İlk başlarda hiss etməsən də, bu, sonradan şüuraltı olaraq səni demotivə edir. Və köşənə xoş gəldin!

MARKETİNQ

Hə, bir də işin bazarlaması var. İstəyirsən pramida inşa et, istəyirsən Amerika icad elə, istəyirsən lap yeni bir dünya yarat,  əgər işini düzgün bazarlamırsansa, indi sən iş dünyasında bir heçsən. 

TƏCRÜBƏYƏ UDUZANLAR

Günümüzdə, xüsusən də gənclər bu qəbildən olan məsləhətləri çox eşidirlər. İş həyatında 20, 30 illik təcrübəsi olanlar onlara deyirlər:

“Mənim stajım sənin yaşın qədərdir”.


Təcrübə isə göstərir ki, iş dünyasında yaş və stajın bir-birinə qəti aidiyyatı yoxdur.  

İş dünyası gör-götür dünyasıdır. Burada müəllimin özü belə şagirddir. O öyrədici, həmçinin öyrənəndir. Öyrənməyi dayandırdıqda isə...

Ardı var...

Günəş Mərd

NEWS FEED
01 JUNE 2026
“Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 All News