“Ay camaat, iş dünyasında sizə yer yoxdur!”

“Ay camaat, iş dünyasında sizə yer yoxdur!”
12.02.2026 21:50 Gündəm

Beşikdən qəbrə qədər… 

Yazmışdım ki, peşəkarların yaxasını kənara çəkməsinə görə, əmək bazarında xaos hökm sürür.

Bəs çağdaş dövrümüzdə peşəkar olmaq yetərlidirmi?  

Peşəkarlıq bizə verir, yoxsa bizdən alır?     

İZAH

Peşəkarlıq sənə hörmət qazandırır. Sənə ehtiyac, ehtimad duyulur. 

Bəli. Peşəkarlıq səni zirvəyə qaldırır. Amma...

ZİRVƏDƏ QALA BİLMİRSƏN

Çünki tələbə uduzursan. Tələblərə cavab vermirsən. Ay adam, sən tələbata uduzursan. 

Sən oturub çayı keçməyin yolunu düşünərkən, çayın o biri üzündən rəqibin sənə əl sallayıb gülümsəyir. 


O aparır oyunu, o qazanır. Sənə isə qalibi təbrik edib əlini sıxmaq qalır. İlk başlarda hiss etməsən də, bu, sonradan şüuraltı olaraq səni demotivə edir. Və köşənə xoş gəldin!

MARKETİNQ

Hə, bir də işin bazarlaması var. İstəyirsən pramida inşa et, istəyirsən Amerika icad elə, istəyirsən lap yeni bir dünya yarat,  əgər işini düzgün bazarlamırsansa, indi sən iş dünyasında bir heçsən. 

TƏCRÜBƏYƏ UDUZANLAR

Günümüzdə, xüsusən də gənclər bu qəbildən olan məsləhətləri çox eşidirlər. İş həyatında 20, 30 illik təcrübəsi olanlar onlara deyirlər:

“Mənim stajım sənin yaşın qədərdir”.


Təcrübə isə göstərir ki, iş dünyasında yaş və stajın bir-birinə qəti aidiyyatı yoxdur.  

İş dünyası gör-götür dünyasıdır. Burada müəllimin özü belə şagirddir. O öyrədici, həmçinin öyrənəndir. Öyrənməyi dayandırdıqda isə...

Ardı var...

Günəş Mərd

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Все новости