Türkiyə Ali Seçki Şurası CHP-nin etirazını RƏDD ETDİ

Türkiyə Ali Seçki Şurası CHP-nin etirazını RƏDD ETDİ
22.05.2026 20:40 Gündəm

Ankara Regional Apellyasiya Məhkəməsinin 36-cı Mülki Kollegiyası CHP-nin 4–5 noyabr 2023-cü ildə keçirilmiş 38-ci növbəti qurultayı ilə bağlı “mütləq etibarsızlıq” qərarı çıxarıb.

TodayPress TV xəbər verir ki, məhkəmə yerli instansiyanın işi “mövzusu qalmadığı” əsası ilə bağlayan qərarını ləğv edib və qurultayın keçirildiyi tarixdən etibarən etibarsız sayılmasına hökm verib.

Qərara əsasən, qurultaydan sonra keçirilən bütün növbəli və növbədənkənar qurultaylar, eləcə də həmin toplantılarda qəbul edilən qərarlar da ləğv olunub.

Məhkəmə həmçinin Kamal Kılıçdaroğlu və əvvəlki partiya rəhbərliyinin vəzifələrinin davam etdirilməsinə qərar verib.

Ankara Regional Apellyasiya Məhkəməsinin qərarı ilə CHP sədrliyindən uzaqlaşdırılan Özgür Özel isə partiyanın baş qərargahında çıxışı zamanı “mütləq etibarsızlıq” qərarına qarşı ilk hüquqi etirazın Ali Məhkəməyə təqdim olunduğunu bildirib. O, həmçinin YSK-ya da müraciət ediləcəyini açıqlayıb.

CHP-nin YSK nümayəndəsi Mehmet Hadimi Yakupoğlu Ali Seçki Şurasına rəsmi müraciət edib.

CHP Ali Məhkəmədən sonra YSK-ya da “mütləq etibarsızlıq” qərarı ilə bağlı etiraz ərizəsi təqdim etsə də, Ali Seçki Şurası müraciəti rədd edib.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Все новости