Meksikada qatar avtobusa çırpıldı –YENİLƏNDİ

Meksikada qatar avtobusa çırpıldı –YENİLƏNDİ
09.09.2025 10:36 Dünya

Meksikada qatarla avtobusun toqquşması nəticəsində azı 10 nəfər həyatını itirib, 55 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. 

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hadisə Meksikanın paytaxtı Mexikodan təxminən 130 kilometr şimal-qərbdə, Atlakomulko şəhərinin sənaye zonasında baş verib. Məlumata görə, qatar dəmir yolu keçidində ikimərtəbəli avtobusa çırpılıb və zərbənin gücündən nəqliyyat vasitəsi yarıya bölünüb.

Toqquşma anı ərazidə olan müşahidə kameraları tərəfindən lentə alınıb. Kadrlar sosial şəbəkələrdə yayılıb və geniş rezonansa səbəb olub.

Hazırda hadisə yerində xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Türkan İsgəndərli


***


08:44


Meksikada qatarla ikimərtəbəli avtobusun toqquşması nəticəsində 9 nəfər ölüb, 41 nəfər yaralanıb.

TodayPress TV-nin məlumatına görə, bu barədə "La Jornada" nəşri məlumat yayıb.

Hadisə zamanı avtobusda 50 nəfər olub. Ən azı 10 sərnişin ağır xəsarətlər alıb.

Yaralananlar xəstəxanalara yerləşdirilib.

Aynur TAC

TodayPress TV 

XƏBƏR LENTİ
05 IYUN 2026
Omana hücum: Neft terminalını göyə uçurdular 10:49 Mourinyo deyil: “Real” üçün sürpriz namizəd Klopp göstərildi! 10:40 Rusiya və İran təşvişdə - Azərbaycan elə bir addım atdı ki... 10:35 20 il eyni yastığa baş qoyub, sonra boşandılar - Azərbaycanda dəhşətli statistika 10:24 Azərbaycan yığması yoxlama oyunları seriyasına başlayır! 10:14 Prezident Azərbaycan minifutbol millisini təbrik etdi 10:06 Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO 09:55 Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi 09:45 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Bütün Xəbərlər