Həqiqəti göstərən kameranın sahibi: Çingiz Mustafayevin doğum günüdür

Həqiqəti göstərən kameranın sahibi: Çingiz Mustafayevin doğum günüdür
29.08.2025 13:53 Cəmiyyət

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayevin anadan olmasından 65 il ötür. O, 1960-cı il avqustun 29-da Rusiya Federasiyasının Həştərxan vilayətindəki Kapustin-Yar kəndində hərbçi ailəsində dünyaya göz açıb.

TodayPress TV xəbər verir ki, Çingiz Mustafayev gənclik illərində Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub, sonra isə Azərbaycan Tibb İnstitutunu bitirərək həkim kimi fəaliyyətə başlayıb. 


1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib.

Qarabağ müharibəsi başlayanda Ç.Mustafayev kamera arxasına keçib. 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərsə də, tətbiq olunan senzura onu daha geniş addımlar atmağa vadar edib. Beləliklə, Çingiz, “215 KL” studiyasını yaradıb. Studiyanın hazırladığı reportajlar cəbhə xəbərlərinin başlıca mənbəyinə çevrilib.


Onun çəkdiyi reportajlar yalnız Azərbaycanın daxilində deyil, ABŞ və Avropanın aparıcı media qurumlarında da yayımlanaraq ölkəmiz haqqında informasiya blokadasını yarıb. Ən mühüm işlərindən biri isə Xocalı soyqırımını bütün dəhşəti ilə dünyaya çatdırması olub. Bu kadrlar Ermənistanın beynəlxalq imicinə ciddi zərbə vurub.

Çingiz Mustafayev sadəcə bir reportyor deyildi. Döyüş bölgələrində bəzən əsgər, bəzən zabit, hətta komandan kimi davranırdı. Əsgərlərin geri çəkildiyi anlarda onların qarşısına çıxaraq sərt göstərişlər verməsi Azərbaycan televiziya tarixində ən dramatik səhnələrdən biri kimi yadda qalıb.


O, Qarabağ müharibəsinin ilk illərinin canlı salnaməsini yazdı. Əsgərlər haqqında hazırladığı reportajlar, cəbhədən gətirdiyi operativ xəbərlər və siyasi proseslərə dair çəkilişləri ilə dövrün tarixi yaddaşını formalaşdırdı.

Ç.Mustafayev 1992-ci il iyunun 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş apararkən mərmi qəlpəsi ilə həlak olub. Həmin an kameranı belə söndürməyib. Onun ölümü həm jurnalistika, həm də Azərbaycan cəmiyyətinin ən ağır itkisi oldu.


Çingiz Mustafayev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. 

Bu gün onu qürurla anırıq. Allah rəhmət etsin!

Qiymət Mahir

XƏBƏR LENTİ
05 IYUN 2026
Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 Bütün Xəbərlər