SSRİ yenidən yaradılacaq? Qərb iddia, Kreml təkzib edir...

SSRİ yenidən yaradılacaq? Qərb iddia, Kreml təkzib edir...
22.12.2025 18:05

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın SSRİ-ni bərpa etməyi planlaşdırdığı barədə yayılan məlumatları təkzib edib. Onun sözlərinə görə, bu iddialar reallığa uyğun deyil və mümkün yanlış kəşfiyyat qiymətləndirmələrinin nəticəsidir.

Qeyd edək ki, bundan əvvəl Reuters ABŞ kəşfiyyat mənbələrinə istinadən Vladimir Putinin sovet təsir zonasını bərpa etmək niyyətində olduğu barədə məlumat yaymışdı. 

Maraqlıdır, Rusiyanın həqiqətən belə bir məqsədi ola bilərmi?  

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Azad Məsiyev bildirib ki, Qərb mediası Rusiya ətrafında gərginlik yaratmaq üçün informasiya müharibəsi aparır: 


"Qeyd etmək lazımdır ki, Qərb kütləvi informasiya vasitələri hazırda psixoloji və informasiya müharibəsi aparır. Bu, təbiidir, çünki Rusiya–Ukrayna münaqişəsində Qərb fəal iştirak edir və faktiki olaraq tərəfdir.

Ümumilikdə Qərb dövlətləri açıq şəkildə Rusiya ətrafında gərginlik yaratmağa çalışırlar. Xüsusilə informasiya məkanında “Putin SSRİ-ni bərpa edəcək” tezisinin gündəmə gətirilməsi ilə Rusiyanın ətrafındakı müstəqil respublikaları Moskvanın əleyhinə yönəltmək məqsədi güdülür".

Analitik qeyd edib ki, SSRİ-nin ideoloji əsasları olmadığından onun bərpası mümkün deyil: 

"Əvvəla qeyd etmək lazımdır ki, SSRİ ideoloji bir dövlət idi və bu ideoloji baza olmadan onun yenidən yaradılması mümkün deyil. Rusiya rəsmiləri də bunu dəfələrlə açıq şəkildə bəyan ediblər. Hətta Vladimir Putinin məşhur bir ifadəsi var: “SSRİ-nin dağılmasına görə kədərlənməyənlərin qəlbi yoxdur, onu bərpa etmək istəyənlərin isə ağlı yoxdur.”"

Onun sözlərinə görə, buna baxmayaraq, Qərb mediası Rusiya ətrafında gərginlik yaratmaq cəhdlərini davam etdirir və bu cür informasiya kampaniyalarını məqsədli şəkildə gücləndirir. Bu yanaşmanın əsas məqsədi Rusiyanı təcrid etmək, eləcə də onun müttəfiqi olan respublikaları Rusiya əleyhinə istifadə etməkdir.

A.Məsiyev sonda əlavə edib ki, bu cür iddialar Rusiyaya qarşı yönəlmiş təbliğatın tərkib hissəsidir. Rusiya rəsmiləri isə ardıcıl şəkildə SSRİ-nin bərpasının qeyri-mümkün olduğunu vurğulayırlar. Qərbin əsas məqsədi Rusiyanı zəiflətmək və beynəlxalq ictimaiyyətdə dezinformasiya yaymaqdır.

 Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
"Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir 18:26 Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək 18:07 Avropanın nəhəngləri Vlahoviç uğrunda yarışa qoşuldu 17:47 Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 17:44 Gizlətmək mümkün olmadı: Küveyt hərbi bazasındakı dəhşətli dağıntı təsdiqləndi 17:39 Körfəzdə raket yağışı: 13 ballistik raket və 17 PUA 17:33 Tom Barak: Türkiyədən Yaxın Şərqə Uzanan Bir Güc Mərkəzi 17:25 Roma Papası İlham Əliyevi təbrik etdi 16:55 Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir 16:48 Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır... 16:44 Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir 16:27 “Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır 16:18 Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir? 16:02 Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici kəşfiyyat orqanlarının təxribat törətməsinin qarşısını alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Bütün Xəbərlər