Ukrayna və Azərbaycan XİN başçıları əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər

Ukrayna və Azərbaycan XİN başçıları əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
08.04.2026 18:59 Xarici siyasət

Ukrayna və Azərbaycanın xarici işlər nazirləri Andrey Sibiqa və Ceyhun Bayramov ikitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişafını müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, Sibiqa bu barədə "X" hesabında yazıb.

"Azərbaycanlı həmkarım Ceyhun Bayramovla telefon danışığım oldu. İkitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişafını müzakirə etdik, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bir daha təsdiqlədik", - deyə paylaşımda bildirilib.

Sibiqanın sözlərinə görə, tərəflər təhlükəsizlik məsələləri, qarşılıqlı əlaqə, nəqliyyat marşrutlarının və dəhlizlərinin inkişafı daxil olmaqla beynəlxalq gündəmdə olan geniş məsələlərə dair fikir mübadiləsi aparıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər