Türk dünyasını sarsıdan xəbər: Bayraqlar yarıya endirildi!
25 sentyabrın Qazaxıstanda Milli Matəm Günü elan edilməsi ilə əlaqədar, Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyindəki bayraqlar yarıya endirilib.
TodayPress TV xəbər verir ki, bu barədə TDT məluma yayıb.
"25 sentyabrın Qazaxıstanda Milli Matəm Günü elan edilməsi ilə əlaqədar, Türk Dövlətləri Təşkilatı Katibliyindəki bayraqlar qardaş Qazaxıstan xalqı ilə həmrəylik göstəricisi olaraq və dünən Xəzər dənizində Qazaxıstan Respublikası Hərbi Dəniz Qüvvələri tərəfindən keçirilən hərbi təlim zamanı faciəvi şəkildə həlak olan hərbi qulluqçuların xatirəsinə yarıya endirildi.
Bu acılı gündə həlak olan hərbi qulluqçuların ailələri və yaxınları başda olmaqla, qardaş Qazaxıstan xalqının acısını ürəkdən bölüşürük", - deyə məlumatda qeyd olunub.
Aysel Mətləb