Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür, o, mütəmadi olaraq peşəkar şəkildə məşq edir

Xarici siyasət

05.01.2026 10:02

İlham Əliyev fiziki cəhətdən güclüdür, o, mütəmadi olaraq peşəkar şəkildə məşq edir.

TodayPress TV xəbər verir ki, bu fikri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Turkistan” qəzetinə müsahibəsində idmanla məşğul olmağı ilə seçilən MDB üzrə həmkarları ilə bağlı suala cavab verərkən bildirib.

“Sadır Japarov futbol oynayır. Şavkat Mirziyoyev yaxşı fiziki formadadır, o da idman zalında məşq edir. Nikol Paşinyan velosipedçidir. Məlum olduğu kimi, Aleksandr Lukaşenko hələ də xokkey oynayır. Emoməli Rəhmon da sağlamlığından şikayət etmir, dənizçi dözümlülüyünə malikdir. Beləliklə, bütün həmkarlar əla fiziki formadadırlar”, – deyə o, bildirib.

Prezidentin sözlərinə görə, Vladimir Putin bu yaxınlarda Bişkekdə keçirilən qeyri-rəsmi tədbir zamanı gənc cüdoçuya qarşı fənd tətbiq edərək, yaşlı nəslin şərəfini qoruyub.

TodayPress TV

tag: Prezident,İlham Əliyev,Tokayev,Qazaxıstan,Todaypress.tv,