Qırğızıstan Prezidenti şəhərsalmada yeni əməkdaşlıq modeli təklif etdi
Xarici siyasət
18.05.2026 15:31
“Qırğızıstan dağ şəhərlərinin inkişafının xüsusi aktuallığını, eləcə də bu sahədəki təcrübə və bacarıqlarımızı nəzərə alaraq, Beynəlxalq Dağ Şəhərləri Assosiasiyasının yaradılmasını təklif edir”.
TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlərin Bəyanatları (Leaders' Statements) mərhələsində Qırğızıstan Prezidenti Sadır Japarov deyib.
O, assosiasiyanın ən yaxşı təcrübələrin mübadiləsi və dağ şəhərlərinin dayanıqlı inkişafına yönəlmiş birgə tədqiqat layihələrinin həyata keçirilməsi üçün platformaya çevriləcəyinə ümid etdiyini bildirib:
“Biz öz tərəfimizdən assosiasiyanın mənzil-qərargahına Bişkekdə ev sahibliyi etməyə hazırıq”, - deyə S.Japarov deyib.
Qırğız dövlət başçısı çıxışında əlçatan, təhlükəsiz və yüksək keyfiyyətli mənzillə təmin olunmanın müasir dünyanın əsas çağırışlarından biri olduğunu vurğulayıb. O, ölkələrdəki sürətli urbanizasiya kontekstində şəhərlərin vətəndaşlar üçün layiqli yaşayış şəraitinin yaradılmasında üzərlərinə düşən məsuliyyəti qeyd edib.
Qiymət Mahir
tag: Sadır Japarov,Qırğızıstan,WUF13,Çıxış,Todaypress.tv,
