Prezidentin yeni təyinat verdiyi Fəxrəddin İsmayılov kimdir ?

Prezidentin yeni təyinat verdiyi Fəxrəddin İsmayılov kimdir ?
06.08.2026 14:53 Xarici siyasət

Prezident İlham Əliyev Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyində kadr dəyişikliyi ilə bağlı sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. Digər sərəncamla isə Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin edilib. 

Fəxrəddin İsmayılov ali təhsilini həm Azərbaycanda, həm də xaricdə alıb. Bakı Dövlət Universiteti və Fransanın Nitsa Sofiya Antipolis Universitetində bakalavr təhsili alıb. Daha sonra Belçikanın Brüssel Azad Universitetində (Vrije Universiteit Brussel) Avropaya inteqrasiya üzrə magistr dərəcəsinə yiyələnib. Dövlət idarəçiliyi sahəsində ikinci magistr təhsilini isə ABŞ-nin Harvard Universitetinin Harvard Kennedy School-da tamamlayıb.

Fəxrəddin İsmayılov Azərbaycan, ingilis, fransız və rus dillərini sərbəst bilir.

Diplomatik fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində başlayıb. Xidmət illərində nazirliyin mərkəzi aparatında, eləcə də Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyində və Avropa Şurası yanında Daimi Nümayəndəliyində müxtəlif məsul vəzifələrdə çalışıb. 

O, həmçinin Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində müşavir vəzifəsində fəaliyyət göstərib. Xarici İşlər Nazirliyinin İnsan Hüquqları və Demokratiya İdarəsinin rəisi kimi də çalışaraq bu sahədə dövlət siyasətinin həyata keçirilməsində iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi təyin olunan Fəxrəddin İsmayılov bu vəzifəni 2026-cı ilin avqust ayınadək icra edib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər