Prezident İlham Əliyev: "WUF13 Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir"

Xarici siyasət

18.05.2026 12:54

“WUF13-də 182 ölkədən iştirakçılar təmsil olunur. Beləliklə, bu, il yarım əvvəl ölkəmizdə baş tutan COP29-dan sonra Azərbaycanda indiyədək təşkil edilən ikinci ən böyük beynəlxalq tədbirdir. Mən ümid edirəm ki, WUF13-ün nəticələri də ən az COP29 qədər uğurlu və effektiv olacaq”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı paytaxt Bakının ev sahibliyi etdiyi bu mötəbər tədbirin xarici qonaqlar üçün yaratdığı fürsətlərə diqqət çəkib:

“Hesab edirəm ki, Bakıda keçirilən bu günlər ərzində bizi ilk dəfə ziyarət edən qonaqlarımızın bir çoxu ölkəmizi və şəhərimizi daha yaxından tanımaq imkanı qazanacaqlar. Eyni zamanda, onlar Azərbaycanda şəhərsalma və müasir regional inkişaf istiqamətində həyata keçirilən irəliləyişləri, görülən genişmiqyaslı işləri öz gözləri ilə görmək fürsəti əldə edəcəklər”.

Qiymət Mahir

TodayPress TV

tag: Prezident,İlham Əliyev,WUF13,Çıxış,Todaypress.tv,