Prezident İlham Əliyev Avstraliyanın Baş nazirinə başsağlığı verdi

Xarici siyasət

15.12.2025 15:19

Prezident İlham Əliyev Avstraliya İttifaqının Baş naziri Entoni Albanizə başsağlığı verib.

TodayPress TV  xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Baş nazir,

Sidneydə Hanuka bayramı ilə əlaqədar keçirilən mərasim zamanı törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə xəbər bizi olduqca sarsıtdı.

Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Avstraliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.

TodayPress TV

tag: Prezident İlham Əliyev,Avstraliya İttifaqının Baş naziri Entoni Albaniz,Başsağlığı,Todaypress.tv,