Prezident: Gürcüstanla tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir

Xarici siyasət

06.04.2026 14:18

Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir.

TodayPress TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında bildirib.

Gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu gün bu ənənələrin davam etdirildiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bu gün iki müstəqil dövlət kimi Azərbaycan və Gürcüstan inamla inkişaf edir”.

TodayPress TV

tag: Prezident,İlham Əliyev,İrakli Kobaxidze,Görüş,Todaypress.tv,