Parlamentlərarası dostluq qrupu Zəfər Tağını ziyarət etdilər

Xarici siyasət

10.04.2026 14:03

Azərbaycan-Türkiyə-Şimali Kipr parlamentlərarası dostluq qrupunun sədrləri və üzvləri Zəfər Tağını ziyarət ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisi - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım "X" hesabında paylaşım edib.

"Bu abidə Qarabağda qazanılan böyük qələbəni, əziz şəhidlərimizin fədakarlığını və millətimizin sarsılmaz iradəsini simvolizə edir.Şəhidlərimizi mərhəmət və minnətdarlıqla xatırlayır, qardaş Azərbaycan xalqının ədalətli mübarizəsini bir daha hörmətlə qarşılayırıq", - deyə o əlavə edib.

Nümayəndə heyəti həmçinin Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

TodayPress TV

tag: Azərbaycan,Türkiyə,Şimali Kipr,Zəfər Tağı,Todaypress.tv,