Modernləşmə tariximiz bahasına başa gəlməməlidir — Kobaxidze
Xarici siyasət
18.05.2026 15:46
“Gürcüstanın şəhərsalma və mənzil siyasətiminin əsasında xalqımızın rifahı dayanır. Onilliklərdir ki, Gürcüstan müharibə və işğalın humanitar nəticələrini aradan qaldırmaqla, daxili köçkünlərə mənzil və sosial dəstək təmin etməklə öz öhdəliyini yerinə yetirir”.
TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlərin Bəyanatları (Leaders' Statements) mərhələsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Gürcüstanın hökumət başçısı çıxışında vurğulayıb ki, onların siyasəti gənc ailələrin, eko-miqrantların və dağlıq bölgələrin sakinlərinin dəstəklənməsinə üstünlük verir. İ.Kobaxidze, həmçinin şəhərlərin milli kimliyin daşıyıcısı olduğunu və onların inkişafının ənənəvi gürcü memarlıq irsinin qorunması ilə birbaşa bağlı olduğunu qeyd edib.
"Biz inanırıq ki, modernləşmə tariximiz bahasına başa gəlməməlidir", – deyə o əlavə edib.
Qiymət Mahir
tag: İrakli Kobaxidze,Gürcüstan,WUF13,Çıxış,Todaypress.tv,
