İqlim qaçqınlarının sayı münaqişə qaçqınlarının sayını üstələyir

Xarici siyasət

19.05.2026 13:02

“2015-ci ilə qədər iqlim qaçqınlarının sayının 70 milyon nəfərə çatacağı gözlənilir. Artıq iqlim qaçqınlarının sayı münaqişə qaçqınlarının sayını üstələyir. “.

TodayPress TV xəbər veeir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Sülhsevər İqlim Fəaliyyəti: Kövrək və Münaqişədən Zərərçəkmiş Mühitlərdə Şəhər Həlləri” adlı tədbirdə çıxış edən Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov deyib. 

Onun sözlərinə görə, bu, COP29 zamanı “Baku Hub”ının yaradılması ilə bağlı Azərbaycanın COP29 təşəbbüsünün arxasında dayanan əsas səbəb idi. Məqsəd, münaqişədən sonrakı vəziyyətlərdə iqlim həlləri məsələləri ilə məşğul olmaq, sülhə müsbət təsir edən iqlim həlləri ilə bağlı çağırışları qarşılamaq, həm də bu ölkələr üçün maliyyə çatışmazlığı dairəsini qırmaqdır. 

E.İskəndərov qlobal miqyasda iqlim dəyişikliyinin yaratdığı maliyyə ədalətsizliyinə diqqət çəkib:

“Düşünürəm ki, iqlim dəyişikliyinə ən həssas 27 ölkədən 25-i həm də ən az inkişaf etmiş ölkələrdir (LDC) və onlar maliyyə baxımından kifayət qədər dəstəklənmirlər. Bu iqlimə qarşı həssas ölkələr ehtiyac duyduqları iqlimə uyğunlaşma maliyyəsindən 10 dəfə az vəsait alırlar. Bu ölkələr arasında olan ən az inkişaf etmiş ölkələr iqlimə həssas olan digər ölkələrdən 10 dəfə az vəsait alırlar. Beləliklə, ehtiyac duyulan hər 100 dollar üçün onlar cəmi 1 dollar alırlar. Bu, həmin ölkələrdə adambaşına düşən iqlim maliyyəsi haqqında danışarkən sübut edilmiş statistika ilə də təsdiqlənir. İqlimə həssas ölkələr adambaşına 1.9 dollar, digər ən az inkişaf etmiş ölkələr isə 18 dollar alırlar. Onu da unutmayaq ki, digər ən az inkişaf etmiş ölkələr də 10 dəfə az maliyyələşirlər”.

Elşad İsgəndərov qeyd edib ki, “Bakı Hub”ının əsas missiyalarından biri məhz bu maliyyə boşluqlarını doldurmaq və münaqişədən sonrakı çətin şəraitlərdə yaşayan ölkələrə dəstək göstərməkdir. 

Qiymət Mahir

TodayPress TV

tag: Elşad İsgəndərov,XİN,Səfir,Tədbir,Çıxış,WUF13,Todaypress.tv,