Anri: Bu oyuna baxan hamı zövq aldı!
UEFA
29.04.2026 09:10
Fransalı sabiq hücumçu Tyerri Anri UEFA Çempionlar Liqasının yarımfinalında PSJ-nin “Bavariya” üzərində 5:4 hesablı qələbəsini şərh edib.
TodayPress TV xəbər verir ki, CBS kanalının efirində danışan Anri bu oyunun futbolsevərlər üçün əsl tamaşa olduğunu bildirib.
“Bu yaxınlarda risk etməyən komandalar, driblinqə getməyən oyunçular, uduzmamaq üçün oynayan komandalar barədə danışırdıq. Bu gün isə çox risk var idi. Əgər müdafiə futbolunun tərəfdarısınızsa, bəli, dəli ola bilərsiniz… Amma mənim vecimə deyil! Artıq bir-iki ildir futbolun darıxdırıcı olmasından şikayətlənirik, amma bu matç belə deyildi! Peşəkar tərəfi bir kənara qoysaq — bəli, analiz ediləcək məqamlar var — mən oyundan həzz aldım və düşünürəm ki, evdə izləyən hər kəs üçün maraqlı oldu”, – deyə Anri bildirib.
Namiq HUN
tag: Tyerri Anri,UEFA,Bavariya,PSJ,Todaypress.tv,
