"Sülh bizə tanış olmayan məfhumdur..." — Paşinyan ETİRAF EDİR

"Sülh bizə tanış olmayan məfhumdur..." — Paşinyan ETİRAF EDİR
29.10.2025 10:45 Təhlil

“Sülh” Ermənistan üçün tanış olmayan məfhumdur”. 

Ermənistanın Baş naziri Nikol Paşinyan bunu parlamentdə 2026-cı il büdcəsinin müzakirəsi zamanı ölkənin qonşu Azərbaycanla münasibətlərinin normallaşması məsələsinə toxunarkən deyib.


O, həmçinin Bakı ilə sülhün bərqərar olması üçün səyləri davam etdirməyə çağırıb. 

“Biz sülhün Ermənistan üçün naməlum məfhum olduğunu qəbul etməliyik. Çünki ölkə müstəqilliyinin ilk günlərindən münaqişə vəziyyətindədir...” - deyə Paşinyan bildirib.

Baş nazirin etirafı Ermənistan cəmiyyəti tərəfindən necə qarşılanacaq? Bu açıqlama özündə nəyi ehtiva edir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Anar İsayev bildirib ki, Nikol Paşinyanın bu ifadəsi həm siyasi, həm də psixoloji məna daşıyır və Ermənistan daxilində ciddi rezonans doğuracağı gözlənilir:


“Əslində, Paşinyan bu sözlərlə dolayısı ilə Ermənistan cəmiyyətinin müharibə və düşmənçilik üzərində qurulmuş siyasi-ictimai kimliyini etiraf edir. Ermənistan müstəqillik əldə etdikdən bəri “Qarabağ ermənilərin milli məsələsidir”, “Azərbaycan düşməndir” kimi qarşıdurma ideologiyaları ilə formalaşıb. Paşinyan isə bu gün həmin ideoloji bünövrənin ölkəni dalana dirədiyini açıq şəkildə etiraf edir. Bu həm də Ermənistan üçün ideoloji dönüş çağırışıdır — “münaqişə dövləti”ndən “sülh dövləti”nə keçidin mesajıdır”.

Ekspert Paşinyanın açıqlamasının Ermənistan daxilində yarada biləcəyi təsirlərdən də bəhs edib:


“Bu etirafın Ermənistanda iki fərqli düşərgə tərəfindən fərqli qarşılanacağı aydındır. Radikal müxalifət və keçmiş “Qarabağ klanı” bu bəyanatı “milli məğlubiyyətin” etirafı kimi dəyərləndirəcək və Paşinyanı Azərbaycan qarşısında təslim olmaqda ittiham edəcək. Artıq bu tendensiya “Hayastan” və “Daşnaqsütyun” partiyalarının bəyanatlarında da özünü göstərir. Digər tərəfdən, islahatçı və realist təbəqə bu çıxışı doğru, lakin gecikmiş bir reallığın etirafı kimi qiymətləndirəcək”.

Anar İsayev bu açıqlamanın erməni cəmiyyətində sülh tərəfdarları ilə “köhnə Qarabağ düşüncəsinin” daşıyıcıları arasında qütbləşməni daha da dərinləşdirə biləcəyini ehtimal edir. O, həmçinin əlavə edib ki, Paşinyanın bəyanatı beynəlxalq arenaya yönəlmiş “sülh siqnalı” kimi də şərh oluna bilər. O, Qərbə göstərmək istəyir ki, Ermənistan artıq müharibə psixologiyasından imtina etməyə hazırdır.

“Qeyd etmək lazımdır ki, Ermənistan uzun illər milli kimliyini münaqişə üzərində qurduğu üçün bu kimlik indi dağılır. Paşinyan anlayır ki, ölkənin inkişafı üçün yeni ideoloji əsas — sülh və iqtisadi əməkdaşlıq lazımdır. Lakin bu transformasiya həm ağrılı, həm də qarşıdurmalı proses olacaq”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 Bütün Xəbərlər