Putin təklif etdi: Ukrayna görüş fikrinə “yaşıl işıq” yandıracaq?

Putin təklif etdi: Ukrayna görüş fikrinə “yaşıl işıq” yandıracaq?
22.08.2025 15:19 Təhlil

“Qərb real sülh üçün ya Ukraynanı müəyyən ərazilərdən imtinaya məcbur etməlidir, ya da Rusiyanı çəkindirmək üçün Kiyevə silah dəstəyini gücləndirməlidir. Əks halda görüş sadəcə Rusiyanın təcriddən çıxarılması və tərəflərin bir-birini ittiham edərək cəbhədə vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq”. 

Politoloq Zeynal Əmrəliyev bunu Rusiya Prezidenti Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenski ilə görüşmək istəməsini TodayPress TV-yə şərh edərkən deyib. 

O vurğulayıb ki, bu, olduqca müsbət siqnaldır və münaqişənin bitməsi ilə bağlı ümidlər artır. Lakin görüşün baş tutması üçün olduqca siyasi və diplomatik zəmin tələb edilir:

“Rusiya üçün görüşü uzatmaq bir neçə məqamdan önəmlidir. Moskvanın əsas niyyəti təcriddən çıxmaq və Qərbin ağır sanksiyalarını aradan qaldırmaqdır. Çünki bu sanksiyalar və təcridolunma siyasəti Rusiyanı olduqca çətin vəziyyətə salır. Digər önəmli bir məqam isə Qərbin Ukraynaya dəstəyini zəiflədib cəbhədə strateji üstünlüyü tamamilə ələ keçirməkdir. İndiyə kimi baş verənlər də onu göstərir ki, cəbhədə vəziyyət Rusiyanın xeyrinə dəyişdikcə, onun tələbləri daha da sərtləşir. Buna görə də Moskva bu üsullarla vaxt qazanmaq istəyir”.

Analitikin qənaətincə, başqa bir önəmli məsələ Putinin bu istəyini ABŞ Prezidenti Donald Tramp vasitəsilə çatdırmasıdır. Bu, Kremlin ABŞ-nin vasitəçi roluna razılıq verməklə, dialoqun daha çox nəzarətli və balanslı getməsini istədiyini göstərir.  

Siyasi şərhçi hesab edir ki, baş tutacaq görüşə ümidlər böyük olsa da, Ukrayna və Rusiya arasında ziddiyyətlər sadəcə iki liderin razılaşması ilə həll olunacaq qədər sadə deyil: 

“Ərazi bütövlüyü, təhlükəsizlik zəmanətləri və müharibə cinayətləri kimi fundamental məsələlər ortadadır. Ancaq tərəflər görüşə real güzəştləri nəzərdə tutaraq getsələr, əsir mübadiləsi, mülki əhalinin təhlükəsizliyi, taxıl sazişi kimi müəyyən razılaşmaların əldə edilməsi də mümkündür”, - deyə Z.Əmrəliyev fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampa Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə hazır olduğunu bildirib.  

Aysel Mətləb

FOTOLAR

Putin təklif etdi: Ukrayna görüş fikrinə “yaşıl işıq” yandıracaq? — 1
XƏBƏR LENTİ
05 IYUN 2026
3x3 basketbol yığması Dünya Kubokunda 1/4 finala yüksəldi 23:25 Aİ 2028-ci ildə bloka qoşula biləcək ölkənin adını açıqladı 22:36 Tarixi qərar: "Böyük Qafqaz" UNESCO-nun Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil oldu 23:07 Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatdı 22:59 İrəvanda seçki savaşı: Rusiyanın dəstəklədiyi yeni ssenari işə düşür? 22:46 Merts Trampla görüşə hazırlaşır: ABŞ ordusu Almaniyanı tərk edir? 21:59 Tramp İranla böyük uğurlar əldə etdiklərini bəyan etdi 22:04 Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO 22:25 Qara dənizdə qanlı insident: Türk balıqçıları hədəf alındı 22:17 Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma 21:48 Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Bütün Xəbərlər