Politoloqdan xəbərdarlıq: Tehran regionda sərt reaksiyalarını davam etdirəcək
"ABŞ–İran razılaşmasının təsirləri Cənubi Qafqazda hiss olunmağa başlayır".
TodayPress TV xəbər verir ki, bu sözləri politoloq Nizam Cəfərsoy bildirib.
Onun sözlərinə görə, əsasən Ali Rəhbər Müctəba Xameneinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti kimi çoxsaylı İran rəsmiləri və media orqanları Zəngəzur dəhlizinə mane olmaq üçün Ermənistanı müxtəlif yollarla təhdid etməyə başlayıblar.
Politoloq qeyd edib ki, bununla kifayətlənməyən və müharibəni qazandığına inanan İran regionda Azərbaycan və Türkiyənin inteqrasiya prosesi ilə bağlı bütün layihələrə mane olmaq üçün sərt reaksiya verməyə davam edəcək.
Nizam Cəfərsoy əlavə edib ki, Türkiyə həmçinin İranın Suriya və İraqdakı ənənəvi rəqabətinə hazır olmalıdır.