İstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏB

Sosial

04.05.2026 20:40

İstehlak edilmiş istiliyin və (və ya) isti suyun dəyəri barədə hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaiti 30 gün müddətində tam məbləğdə ödənməlidir.

TodayPress TV xəbər verir ki, bu Baş nazir Əli Əsədovun təsdiq etdiyi "İstilik enerjisindən istifadə Qaydaları"nda əksini tapıb.

Həmçinin istehlakçılar mənzillərin və yaşayış evlərinin daxilində quraşdırılmış sayğacları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etməli, işlək vəziyyətdə saxlanılmasını və üzərindəki plombların toxunulmazlığını təmin etməlidirlər.

TodayPress TV

tag: Kommunal,İstilik,Qaz,Su,Todaypress.tv,