15 İyul çevriliş cəhdindən 10 il ötür

15 İyul çevriliş cəhdindən 10 il ötür
15.07.2026 00:21 Dünya

Bu gün Türkiyədə 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhdin 10-cu ildönümüdür.

TodayPress TV xəbər verir ki, 2016-cı il iyulun 15-də Türkiyə Silahlı Qüvvələri daxilində bir qrup hərbçi dövlət çevrilişinə cəhd edib. Ankara və İstanbulda parlament, Prezident Kompleksi, Baş Qərargah, polis idarələri və digər strateji obyektlər hədəfə alınıb, Boğaziçi və Fateh Sultan Mehmet körpülərində hərbi texnika yerləşdirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan xalqa küçələrə çıxaraq çevrilişə qarşı müqavimət göstərməyə çağırıb. Gecə boyu davam edən qarşıdurmalardan sonra təhlükəsizlik qüvvələrinin və vətəndaşların müdaxiləsi ilə çevriliş cəhdi yatırılıb.

Türkiyə rəsmilərinin açıqladığı məlumata görə, hadisələr zamanı 251 nəfər həlak olub, 2 mindən çox insan yaralanıb. Rəsmi Ankara çevriliş cəhdinin arxasında FETÖ terror təşkilatının dayandığını bildirir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər