UEFA Çempionlar Liqası: "Sabah" qələbə qazandı - VİDEO

UEFA Çempionlar Liqası: "Sabah" qələbə qazandı - VİDEO
14.07.2026 23:27 İdman

"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.

TodayPress TV xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda Uelsdə TNS komandası ilə üz-üzə gəlib.

Qarşılaşma "bayquşlar"ın qələbəsi ilə yekunlaşıb - 2:1. 28-ci dəqiqədə Coy-Lens Mikels, 42-ci dəqiqədə Rəhman Daşdəmirov fərqlənib. Rəqibin heyətində 89-cu dəqiqədə Coş Lok təsəlli qolunun müəllifi olub.

22:21

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah" ikinci qolu vurub.

TodayPress TV xəbər verir ki, ikinci qolu 42-ci dəqiqədə Rəhman Daşdəmirov vurub - 2:0.

22:05

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah" hesabı açıb.

TodayPress TV xəbər verir ki, matçda ilk qolu Coy-Lens Mikels vurub.

Hücumçu 28-ci dəqiqədə meydan sahiblərini məyus edib.

21:30

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin TNS (Uels) - "Sabah" oyunu başlayıb.

TodayPress TV xəbər verir ki, qarşılaşma "Park Holl" stadionunda keçirilir.

Matçın baş hakimi ispaniyalı Mateo Buskets Ferrerdir.

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər