Hikmət Hacıyev Fəxri Xiyabanda
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fəxri xiyabanı ziyarət edib.
TodayPress TV xəbər verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.
Qiymət Mahir