"TikTok"un qurucusu Asiyanın ən varlı insanları siyahısında ikinci yerə yüksəldi

"TikTok"un qurucusu Asiyanın ən varlı insanları siyahısında ikinci yerə yüksəldi
07.06.2026 06:00 Dünya

"TikTok" sosial şəbəkəsinin qurucusu Çjan İmin hindistanlı milyarder Mukeş Ambanini qabaqlayaraq Asiyanın ən varlı sahibkarları siyahısında ikinci yerə yüksəlib.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" nəşri məlumat yayıb.

Məlumata görə, 43 yaşlı Çjan İminin sərvəti 92.8 milyard dollara çatıb. Bununla da o, Çinin ən varlı insanı statusunu daha da möhkəmləndirib.

Mukeş Ambani isə 86.9 milyard dollarlıq sərvəti ilə Asiyanın ən varlı şəxsləri siyahısında üçüncü yerə geriləyib. Regionun ən zəngin adamı statusunu isə 117 milyard dollar sərvətlə digər hindistanlı milyarder Qautam Adani qoruyur.

"Bloomberg"in reytinqinə əsasən, dünyanın ən varlı insanı titulu isə yenə də ABŞ-li iş adamı İlon Maska məxsusdur. Onun ümumi sərvəti 726 milyard dollara bərabərdir.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər