Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
29.09.2026 09:58 Sosial

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır, bəzi yerlərdə yağıntılar leysan xarakterlidir.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 29-u saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala, Kürdəmirdə 3, Daşkəsən, Gəncə, Ağstafa, Şəki, Şahdağ, Lənkəranda 2, Naxçıvan, Şərur, Culfa, Ordubad, Sədərək, Astara, Sabirabad, Şəmkir, Qobustan, İsmayıllı, Qəbələ, Qusar, Biləsuvar, Lerik, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınır.

TodayPress TV

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər