Ağdamın Baş Qərvənd kəndində tikinti işlərinin davamı ilə bağlı tapşırıqlar verildi

Sosial

04.05.2026 20:50

Ağdam rayonu Baş Qərvənd yaşayış məntəqəsində görülən işlərlə bağlı iclas keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov “X”də paylaşım edib.

İclasda cari vəziyyət, infrastruktur və qarşıdakı mərhələlər müzakirə olunub. Layihə üzrə tikinti işlərinin davamı ilə bağlı tapşırıqlar verilib.

TodayPress TV 

tag: Aödam,Baş Qərvənd,Qarabağ,Azərbaycan,Todaypress.tv,