Prezident: Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq

Siyasət

02.04.2026 14:06

Təşkilatımızın gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən bildirib.

“Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik.

TodayPress TV

tag: Prezident,İlham Əliyev,TDT,Çıxış,Todaypress.tv,