Əfqanıstana "AI-92" markalı benzinin tədarükünə başlandı

Əfqanıstana "AI-92" markalı benzinin tədarükünə başlandı
18.09.2025 17:52 Sənaye və energetika

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 3 milyon 532 min ABŞ dolları dəyərində 5 min 407,8 ton "AI-92" markalı avtomobil benzini ixrac edib.

Bu barədə TodayPress TV-yə Dövlət Statistika Komitəsindən məlumat verilib.

İxracın əsas həcmi Əfqanıstanın payına düşüb – bu ölkəyə 1 milyon 631,35 min ABŞ dolları dəyərində 2 min 297,7 ton benzin tədarük edilib.

Hesabat dövründə Gürcüstana 803,8 min ABŞ dolları dəyərində 1 min 93,6 ton, Türkiyəyə isə 1 milyon 96,9 min ABŞ dolları dəyərində 2 min 16,6 ton benzin tədarük edilib.

2024-cü ildə Azərbaycan "AI-92" markalı benzin ixrac etməyib.

Sonuncu dəfə Azərbaycandan 28 min ABŞ dolları dəyərində 44,9 ton "AI-92" markalı benzin 2021-ci ildə Gürcüstana ixrac edilib.

Azərbaycanda "AI-92" markalı benzin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur. Zavod 2024-cü ilin yayından "Premium Euro-95" markalı benzininin istehsalına başlayıb.

XƏBƏR LENTİ
05 IYUN 2026
Pley-in həyəcanı: millimiz Litva səddini aşmağa çalışacaq! 11:48 Bu şəxslərə hərbi xidmət dövründə müavinət ödəniləcək 11:43 Azərbaycan Danimarkanı təbrik etdi 11:35 Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı 11:29 Türk blogerin "Laçın boşalıb" videosundakı təxribata cavab: "Bu qədər adam "Mars"dan gəlib?" 11:24 Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var 11:16 Amerika təzə tabutlar sifariş etdi: İranda çox danışanlar siyahı üzrə vurulacaq 11:14 NHL tarixində ilk dəfə: finalın ilk iki oyunu rekordla yadda qaldı! 11:13 Milli Məclisin növbədənkənar sessiyası başladı - Nələr müzakirə ediləcək? 11:09 Madrid nəhənginin yeni hədəfi bəlli oldu – Kalafyori! 10:58 Kiyev səhəri partlayışla açdı 10:54 Omana hücum: Neft terminalını göyə uçurdular 10:49 Mourinyo deyil: “Real” üçün sürpriz namizəd Klopp göstərildi! 10:40 Rusiya və İran təşvişdə - İranın Zəngəzur dəhlizinə gücü çatmadı 10:35 20 il eyni yastığa baş qoyub, sonra boşandılar - Azərbaycanda dəhşətli statistika 10:24 Azərbaycan yığması yoxlama oyunları seriyasına başlayır! 10:14 Prezident Azərbaycan minifutbol millisini təbrik etdi 10:06 Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO 09:55 Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi 09:45 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 Bütün Xəbərlər