Azərbaycan nefti ucuzlaşdı
Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
TodayPress TV xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri 66.51 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.