ÜST xəbərdarlıq etdi: Yeni virus gəlir!

ÜST xəbərdarlıq etdi:  Yeni virus gəlir!
29.07.2025 18:45 Sağlamlıq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağcaqanadlar vasitəsilə yayılan “Çikunqunya” virusunun yaxın illərdə qlobal epidemiyaya çevrilə biləcəyi barədə xəbərdarlıq edib. 

TodayPress TV xəbər verir ki, “Çikunqunya” uzun müddətdir tropik və subtropik bölgələrdə endemik olan ağcaqanadlar vasitəsilə ötürülən virusdur. 

Bu virus ağcaqanad dişləməsi ilə insanlarda və heyvanlarda xəstəlik törədə bilər.

Revmatizm, əzələ və oynaq ağrıları, qızdırma, dəri səpgiləri, bəzən də uzun müddət davam edən infeksiyaya səbəb ola bilər. Ölüm nisbəti isə çox da yüksək deyil.

Mütəxəssislər yay aylarında ağcaqanadlara qarşı tədbir görülməsinin vacibliyini vurğulayıblar.

Aysel Mətləb

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər