Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - Açıqlama

Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - Açıqlama
23.05.2026 14:15

Bakı-Tbilisi qatarına kassadan ilk bilet alan sərnişinin Azərbaycan Dəmir Yollarının (ADY) əməkdaşı olması ilə bağlı məlumatlar yayılıb.

TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, sosial şəbəkə paylaşımlarında bununla ADY-nin ucuz piar kampaniyası apardığı, situasiyanı imitasiya etdiyi iddia olunur.

Məsələ ilə əlaqədar ADY-nin Mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Bəxtiyar Hacıyev yayılan məlumatı təkzib etdi və bildirdi ki, təmsil etdiyi qurumun belə kampaniyaya ehtiyacı yoxdur: “Azərbaycan Dəmir Yolları kifayət qədər ciddi və etikalı bir qurumdur. Onun bu cür piara heç bir halda ehtiyacı yoxdur. Əgər bizim belə bir niyyətimiz olsaydı, işi daha peşəkar şəkildə həyata keçirərdik. Baxanda görünür ki, burada sadəcə bir telefonla, əməkdaşlarımız tərəfindən çəkilən şəkillərdir. Emosiyalar və ilk sərnişin olması xüsusilə xoşlarına gəlir və çəkirlər.

İkinci bir məsələ, əgər biz belə bir şey etmiş olsaydıq, niyə əməkdaşımızı çəkirdik, nə qədər müxtəlif sahələrdə çalışan adamlar var. Elə bizim 14 min əməkdaşımız var, o əməkdaşlarımızdan birininin ailə üzvünü gətirərdik, niyə məhz öz əməkdaşımızı çəkirdik? Bu, kifayət qədər gülünc iddiadır.

Bizdə bilet satış sistemi açılmamışdan sistemdə Tbilisi əlavə olunmuşdu. Bunu görən sərnişinlər elə biliblər ki, saytda problem var, bilet almaq mümkün deyil, bəziləri hətta günorta saatlarından durub kassaya gəlmişdilər. Bu xanım da kassaya elə gələnlərdən biri idi. Sadəcə gəldi, növbədə oldu və bileti kassadan birinci alan sərnişin oldu. Onu görən əməkdaşlar da telefonla çəkdilər. 

Bu cür iddialar heç bir halda həqiqətə uyğun deyil”.

B.Hacıyev həmçinin əlavə edib ki, sözügedən istiqamətə artıq 3000 bilet satılıb. Hətta bəzi reyslər tamamilə dolub.

Qeyd edək ki, mayın 26-dan Bakı-Tbilisi istiqamətində qatar reysi açılır. Reysdə komfort tipli vaqonlarda 81, comfort+ tipli vaqonlarda 117 və lüks tipli vaqonlarda 180 AZN-dən başlanan qiymətlər müəyyən edilib. Qiymətə 23 kq-a qədər əl yükü daxildir.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Bütün Xəbərlər