Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - Açıqlama

Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - Açıqlama
23.05.2026 14:15 Cəmiyyət

Bakı-Tbilisi qatarına kassadan ilk bilet alan sərnişinin Azərbaycan Dəmir Yollarının (ADY) əməkdaşı olması ilə bağlı məlumatlar yayılıb.

TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, sosial şəbəkə paylaşımlarında bununla ADY-nin ucuz piar kampaniyası apardığı, situasiyanı imitasiya etdiyi iddia olunur.

Məsələ ilə əlaqədar ADY-nin Mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Bəxtiyar Hacıyev yayılan məlumatı təkzib etdi və bildirdi ki, təmsil etdiyi qurumun belə kampaniyaya ehtiyacı yoxdur: “Azərbaycan Dəmir Yolları kifayət qədər ciddi və etikalı bir qurumdur. Onun bu cür piara heç bir halda ehtiyacı yoxdur. Əgər bizim belə bir niyyətimiz olsaydı, işi daha peşəkar şəkildə həyata keçirərdik. Baxanda görünür ki, burada sadəcə bir telefonla, əməkdaşlarımız tərəfindən çəkilən şəkillərdir. Emosiyalar və ilk sərnişin olması xüsusilə xoşlarına gəlir və çəkirlər.

İkinci bir məsələ, əgər biz belə bir şey etmiş olsaydıq, niyə əməkdaşımızı çəkirdik, nə qədər müxtəlif sahələrdə çalışan adamlar var. Elə bizim 14 min əməkdaşımız var, o əməkdaşlarımızdan birininin ailə üzvünü gətirərdik, niyə məhz öz əməkdaşımızı çəkirdik? Bu, kifayət qədər gülünc iddiadır.

Bizdə bilet satış sistemi açılmamışdan sistemdə Tbilisi əlavə olunmuşdu. Bunu görən sərnişinlər elə biliblər ki, saytda problem var, bilet almaq mümkün deyil, bəziləri hətta günorta saatlarından durub kassaya gəlmişdilər. Bu xanım da kassaya elə gələnlərdən biri idi. Sadəcə gəldi, növbədə oldu və bileti kassadan birinci alan sərnişin oldu. Onu görən əməkdaşlar da telefonla çəkdilər. 

Bu cür iddialar heç bir halda həqiqətə uyğun deyil”.

B.Hacıyev həmçinin əlavə edib ki, sözügedən istiqamətə artıq 3000 bilet satılıb. Hətta bəzi reyslər tamamilə dolub.

Qeyd edək ki, mayın 26-dan Bakı-Tbilisi istiqamətində qatar reysi açılır. Reysdə komfort tipli vaqonlarda 81, comfort+ tipli vaqonlarda 117 və lüks tipli vaqonlarda 180 AZN-dən başlanan qiymətlər müəyyən edilib. Qiymətə 23 kq-a qədər əl yükü daxildir.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Bütün Xəbərlər