Trampın paylaşımları ödənişli olur
ABŞ Prezidenti Donald Trampa məxsus media şirkəti "Truth Social" platformasında paylaşımlara real vaxtda çıxışı ödənişli etməyə hazırlaşır.
TodayPress TV xəbər verir ki, məlumata görə, istifadəçilər Trampın paylaşımlarını dərc olunduğu anda görmək üçün abunə haqqı ödəməli olacaqlar. Ödənişsiz istifadəçilər isə paylaşımlara müəyyən gecikmə ilə çıxış əldə edəcəklər.
Bu addım Trampın açıqlamalarının qızıl, dollar, fond bazarları, kriptovalyutalar və istiqraz bazarlarında tez-tez ani qiymət dəyişikliklərinə səbəb olması fonunda xüsusi maraq doğurur. Analitiklər hesab edirlər ki, məlumatlara daha erkən çıxış investorlar üçün mühüm üstünlük yarada bilər.
Şirkət ödənişli xidmətin tətbiqi ilə bağlı rəsmi tarix və qiymət siyasətini hələ açıqlamayıb.
Türkan İsgəndərli