SEPAH ABŞ üçün ölüm zonası yadadır
SEPAH Qətərdə yerləşən ABŞ-nin "Əl-Udeyd" aviabazasına zərbə endirdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, SEPAH-ın yaydığı bəyanatda hücumun "Nəsr-2" əməliyyatının 15-ci mərhələsi çərçivəsində həyata keçirildiyi bildirilib.
Açıqlamaya görə, hücum nəticəsində bazadakı bir radiolokasiya sistemi (RLS) tamamilə məhv edilib, ABŞ-yə məxsus bir neçə strateji yanacaqdaşıyan təyyarə sıradan çıxarılıb, digər hava vasitələrinə isə ciddi ziyan dəyib.
SEPAH əməliyyatı "güclü və qəfil zərbə" kimi qiymətləndirib.
Qiymət Mahir