Rusiya problemi "kökündən həll edir" - "zaprafkalar"ı satışa çıxardılar
Rusiyada satışa çıxarılan yanacaqdoldurma məntəqələri ilə bağlı elanların sayı kəskin artıb.
TodayPress TV "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, son bir ay ərzində ölkə üzrə şirkətlərin saytlarında və bazarlarda 150-dən çox yanacaqdoldurma məntəqəsinin satışı ilə bağlı elan yerləşdirilib.
Yanacaqdoldurma məntəqələri Bryansk, Vladimir, İvanovo, Kursk, Novosibirsk, Orenburq, Ryazan, Samara və Tambov vilayətlərində 1 milyon rubldan 150 milyon rubla qədər qiymətlərlə satışa çıxarılır.
Ufada isə 13 yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkə 350 milyon rubla təklif olunur.
Reklam verənlər bu qərarı yanacaq böhranı fonunda biznesin zərərlə işləməsi ilə izah edirlər.
Onlar satışdan əldə ediləcək vəsait hesabına borclarını ödəməyi, bəziləri isə yanacaqdoldurma məntəqəsi biznesindən tamamilə çıxmağı planlaşdırırlar.
Yanacaq bazarı iştirakçıları bildirirlər ki, əsas problem münasib topdansatış qiymətləri ilə yanacağın olmamasıdır.
Jalə Rövşən