Qeyri-həyat sığortası bazarı 8 %-dən çox böyüdü

Qeyri-həyat sığortası bazarı 8 %-dən çox böyüdü
01.11.2025 19:00 Maliyyə

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 501,817 milyon manat sığorta haqqı toplanılıb.

TodayPress TV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 4,5 % artaraq 199,233 milyon manata çatıb.

Beləliklə, 9 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 41,1 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 157,254 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 23,5 % çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 59,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,1 manat olub.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər