Azərbaycan manatının dövretmə sürəti artdı

Azərbaycan manatının dövretmə sürəti artdı
29.11.2025 13:00 Maliyyə

Bu il noyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,45 bənd təşkil edib.

TodayPress TV Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,04 bənd çox, ilin əvvəli ilə müqayisədə eyni, ötən il noyabrın 1-nə nisbətən isə 0,14 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər