AMB daha iki sığorta şirkətinə icrası məcburi göstəriş verdi

AMB daha iki sığorta şirkətinə icrası məcburi göstəriş verdi
02.12.2025 12:47 Maliyyə

Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycan Sənaye Sığorta" və "Qala Həyat Sığorta" ASC-lərə icrası məcburi göstəriş verib.

TodayPress TV bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurum hər iki şirkətdə "Sığortaçılarda korporativ idarəetmə Standartları"na əməl olunmadığını üzə çıxarıb. Odur ki, "Sığorta fəaliyyəti haqqında" qanunun 102-ci maddəsinin tələblərinə əsasən sığortaçılara icrası məcburi göstəriş verilib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər