Qobustanda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirildi

Qobustanda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirildi
22.09.2025 14:17 Kənd Təsərrüfatı

Qobustan rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Rayon İcra Hakimiyyəti və Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib.

TodayPress TV xəbər verir ki, festival fermerlərin keyfiyyətli toxum materialları ilə təmin edilməsinə, bölgədə kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılmasına və aqrar sahədə davamlı inkişafın təşviqinə xidmət edir.

Yarmarkada Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən toxum istehsalçıları, eləcə də dövlət qurumları və özəl şirkətlərin nümayəndələri iştirak ediblər. Yarmarka çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan vahid stenddə ölkənin müxtəlif bölgələri üçün sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri nümayiş etdirilib, mütəxəssislər tərəfindən fermerlərin diqqətinə torpaq və iqlim xüsusiyyətlərinə uyğun toxumların seçilməsinin əhəmiyyəti çatdırılıb. Bildirilib ki, bu bölgə üzrə “Lider”, “Ləyaqətli-80”, “Yubiley-90”, “Gaudio”, “Maurizio”, “Lucilla” yumşaq buğda sortları, eləcə də “İdra”, “Dəyanətli” və “Finola” arpa sortlarının istifadəsi məqsədəuyğundur. Qeyd olunub ki, bu toxumlar yüksək məhsuldarlıq potensialı ilə yanaşı, bölgənin aqroiqlim şəraitinə uyğunlaşma qabiliyyəti ilə seçilir və bu da fermerlərin daha sabit və qənaətbəxş nəticələr əldə etməsinə imkan yaradır.

Fermerlərə müxtəlif kənd təsərrüfatı bitkilərinin sertifikatlı toxumları təqdim olunmaqla yanaşı, əkin üçün düzgün sort seçiminin məhsuldarlığa təsiri, aqrotexniki qulluq qaydaları və torpaq-iqlim xüsusiyyətlərinə uyğun toxum istifadəsi barədə ətraflı məlumat verilib.

Həmçinin, festival çərçivəsində “EMA Agro” şirkətinin aqronom mütəxəssisi tərəfindən fermerlərə “Dənli bitkilərin əkin qabağı mühafizəsi qaydaları” mövzusunda təlim keçilib. Təlim zamanı düzgün toxum hazırlığı və əkindən öncə profilaktik tədbirlərin görülməsi və məhsul itkisinin əhəmiyyətli dərəcədə təsiri barədə məlumat verilib.

Tədbirdə çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov kənd təsərrüfatının bölgənin sosial-iqtisadi inkişafında xüsusi rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu cür festivallar fermerlərin bilik və bacarıqlarını artırmaqla yanaşı, onlara bazar imkanlarına çıxış və dövlətin dəstək proqramlarından daha səmərəli istifadə imkanı qazandırır. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə çıxışında bildirib ki, Aqrar Biznes Festivalları artıq ənənəvi xarakter alıb və bölgələrdə dövlət-özəl əməkdaşlığının möhkəmlənməsində mühüm rol oynayır. O, bu tədbirlərin fermerlərin yeni texnologiyalar və innovativ yanaşmalarla tanışlığı baxımından əhəmiyyətini qeyd edib. 

Tədbir iştirakçıları sərgi stendlərinə baxış keçirərək təqdim olunan toxum sortları və müxtəlif aqrar məhsullarla tanış olublar. Fermerlərə dövlət dəstəyi, subsidiyalar, yeni əkinçilik texnologiyaları barədə geniş məlumat verilib.

Qeyd edək ki, Qobustanda təşkil olunan bu yarmarka ölkənin müxtəlif bölgələrində keçirilən toxum sərgi-satış tədbirlərinin davamıdır və cari ildə 10-dan artıq rayonda belə tədbirin reallaşdırılması planlaşdırılır.

TodayPress TV

FOTOLAR

Qobustanda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirildi — 1
Qobustanda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirildi — 2
Qobustanda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirildi — 3
Qobustanda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirildi — 4
Qobustanda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirildi — 5
Qobustanda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirildi — 6
Qobustanda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirildi — 7
Qobustanda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirildi — 8
Qobustanda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirildi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər