Məcnun Məmmədov Tərtərdə vətəndaşları qəbul edəcək

Məcnun Məmmədov Tərtərdə vətəndaşları qəbul edəcək
06.10.2025 10:52 Kənd Təsərrüfatı

Oktyabrın 10-da, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Tərtər, Şuşa, Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

TodayPress TV nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (077-299 11 59) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər