Əkin sahələrindən 2,4 milyon tona yaxın arpa və buğda yığıldı

Əkin sahələrindən 2,4 milyon tona yaxın arpa və buğda yığıldı
08.07.2025 12:08 Kənd Təsərrüfatı

Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 7-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 76,1 faizində biçin başa çatıb.

TodayPress TV Nazirliyə istinadən xəbər verir ki, mövsüm ərzində 707 min 197 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 milyon 386 min 294 ton məhsul yığılıb.

Hazırda taxıl üzrə orta məhsuldarlıq 33,7 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 311 min 171 hektar buğda, 396 min 26 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 milyon 131 min 941 ton buğda, 1 milyon 254 min 352 ton arpa yığılıb. Buğda sahələrinin 62,8 faizində, arpa sahələrinin isə 91,2 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,4 sent/ha, arpa üzrə isə 31,7 sent/ha təşkil edir.

Artıq Abşeron, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Göyçay, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Ucar və Yevlax rayonlarında biçin tam yekunlaşıb. Ümumilikdə 24 rayonda taxıl biçininin həcmi 95 faizi keçib, o cümlədən 21 rayonda buğda, 39 rayonda isə arpa sahələrinin 95 faizdən çoxu biçilib.

Hazırda biçin prosesində 1 159 kombayn iştirak edir. Bunlardan 467 kombayn “Aqroservis” ASC-nin, 692 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Operativ məlumata görə, hazırda ən aktiv biçin Şəki (120 kombayn), İsmayıllı (80 kombayn), Qusar (65 kombayn), Tovuz (61 kombayn), Qazax (54 kombayn), Qəbələ (54 kombayn), Xaçmaz (52 kombayn), Oğuz (50 kombayn), Şamaxı (48 kombayn) və Füzuli (46 kombayn) rayonlarında aparılır.

Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

XƏBƏR LENTİ
01 IYUN 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 Bütün Xəbərlər