Aqrar sektor 1,4 % böyüdü

Aqrar sektor 1,4 % böyüdü
11.07.2025 15:23 Kənd Təsərrüfatı

Bu ilin I yarısında Azərbaycanda 6 milyard 640 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 1,8 % artaraq 3 milyard 166,9 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1 % artaraq 3 milyard 473,1 milyon manat təşkil edib.

İyulun 1-nə qarğıdalı da daxil olmaqla tarlalardan 2 milyon 125,4 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 8,6 % çox dənli və dənli paxlalı bitkilər, 820,8 min ton və yaxud 4,5 % az tərəvəz, 367 min ton və yaxud 2,5 % çox kartof, 186,5 min ton və yaxud 6,8 % çox meyvə və giləmeyvə, 129,2 min ton və yaxud 1,1 % çox bostan məhsulları, 13,7 min ton və yaxud 27,3 % çox şəkər çuğunduru, 648,5 ton və yaxud 13,3 % çox tütün, 572,1 ton və yaxud 15,4 % çox yaşıl çay yarpağı yığılıb.

Yanvar-iyun aylarında diri çəkidə 293,5 min ton ət, 1 137,4 min ton süd, 1217,3 milyon ədəd yumurta, 13,4 min ton yun, 186,2 ton barama istehsal olunub. Ötən ilin 6 ayı ilə müqayisədə yumurta istehsalı 2,4 %, ət istehsalı 1,1 %, süd istehsalı 0,3 % artıb, yun istehsalı 3 %, barama istehsalı 22,2 % azalıb.

XƏBƏR LENTİ
01 IYUN 2026
Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Bütün Xəbərlər