Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı
06.01.2026 09:50 İqtisadiyyat

Qızılın qiyməti son bir həftənin ən yüksək səviyyəsinə çatıb.

TodayPress TV xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəsmilərinin mülayim açıqlamaları faiz dərəcələrinin azaldılacağına dair gözləntiləri gücləndirib, Venesuela ilə bağlı yaranan gərginlik isə təhlükəsiz aktivlərə tələbatı artırıb.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.61% artaraq 4478 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşünunsiya üzrə fyuçersləri isə 2.62% bahalaşaraq 78.66 ABŞ dolları təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər