Mərkəzi Bank əmək bazarı üzrə sorğular aparacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) əmək bazarı üzrə sorğu və təhlil xidmətləri aparacaq.
TodayPress TV xəbər verir ki, tənzimləyici qurum hazırda bununla bağlı müvafiq işlərə başlayıb.
AMB hazırda sözügedən işləri yerinə yetirəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda AMB əmək bazarı üzrə sorğu və təhlil xidmətlərinin aparılmasının 90,3 min manata başa gələcəyini proqnozlaşdırıb.