İlin birinci yarısında metal filizləri hasilinin dəyəri 2,4 dəfə artıb
Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 295,7 milyon manat dəyərində metal filizləri hasil edilib.
TodayPress TV bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 174,9 milyon manat və ya 2,4 dəfə artıb. Belə ki, 2024-cü ilin birinci yarısında ölkədə 120,8 milyon manat dəyərində metal filizləri hasil edilmişdi.
Qeyd edək ki, hesabat dövründə ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 19,3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8% azalıb.